“Caspian European Club”un tibb komitəsinin iclası keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Caspian European Club”un tibb komitəsinin iclası keçirilib - FOTO

22:43 - 06 / 04 / 2018
“Caspian European Club”un tibb komitəsinin iclası keçirilib - FOTO

Bakıda “Caspian European Club”un tərkibinə daxil olan tibb komitəsinin qapalı iclası keçirilib.

Klubdan 1news.az-a bildiriblər ki, tibb komitəsinin rəhbəri Vüqar Eyvazovun sədrliyi ilə keçirilən toplantıda tibb şirkətlərinin rəhbərləri və nümayəndələri şirkətlərin qarşılaşdığı problemləri, həmçinin onların həlli yollarını müzakirə ediblər. Səsləndirilən təkliflər “Caspian European Club”un hüquq komitəsi tərəfindən öyrənildikdən sonra müvafiq dövlət qurumlarına göndəriləcək.

İclasda, həmçinin “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparatının qanunverici metrologiya şöbəsinin müdiri Oqtay Abbasov, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparatının informasiya təminatı və elektron idarəetmə şöbəsinin müdiri Fazil Talıbov və “Azetest Təcrübə Sınaq” MMC-nin baş direktoru Qulam Ələkbərli çıxış ediblər.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy İnternational Media Group”un fəal iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də “Caspian American Club”, 2018-ci il yanvarın 26-da “Caspian Asian Club” yaradılıb. Hər iki təşkilat iki il ərzində “Caspian European Club”un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq.

1news.az

Paylaş:
551

Son xəbərlər

Bütün xəbərlər