Bakıda yanğın olub, 1 nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yanğın olub, 1 nəfər xəsarət alıb

23:39 - 06 / 04 / 2018
Bakıda yanğın olub, 1 nəfər xəsarət alıb

Bakıda yanğın hadisəsi qeydə alınıb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının  Nəsimi rayonunda ümumi sahəsi 80 m2 olan ikimərtəbəli 5 otaqlı evdə 1 otağın tavanı 10 m2 sahədə, qapı və 2 ədəd pəncərə çərçivəsi 4 m2 sahədə, həmçinin ümumi sahəsi 60 m2 olan birmərtəbəli 2 otaqlı qonşu evin mətbəxinin tavanı 5 m2 sahədə və damında tikilmiş yardımçı tikili 12 m2 sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Xəsarət alan şəxsə yerində ilkin yardım göstərilib. Hər iki evin qalan hissəsi və yaxınlıqda olan evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

1news.az

Paylaş:
497

Son xəbərlər

Bütün xəbərlər