Özbəkistan portalı Naftalan nefti haqqında yazır | 1news.az | Xəbərlər
Cəmiyyət

Özbəkistan portalı Naftalan nefti haqqında yazır

19:00 - 07 / 04 / 2018
Özbəkistan portalı Naftalan nefti haqqında yazır

Özbəkistanın kultura.uz portalı möcüzəli Naftalan nefti haqqında məqalə yayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, məqalədə möcüzəvi şəfası ilə bütün dünyada məşhur olan Naftalan neftinin tarixi, müalicəvi xüsusiyyətləri, Naftalanda fəaliyyət göstərən müasir otel və sanatoriyalar barədə məlumat verilir.

Qeyd edilir ki, indiyədək Naftalana dünyanın müxtəlif yerlərindən insanlar gəlib şəfa tapıblar. Burada neftlə yetmişə yaxın xəstəlik müalicə edilir. Yazıda “Ağ Naftalan yağı” və onun əsasında yaradılan yeni preparatlardan da bəhs edilir.

S.Xankişiyeva

 

Paylaş:
660

Son xəbərlər

Bütün xəbərlər