Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılır

19:35 - 11 / 04 / 2018
Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılır

Aprelin 21-dən etibarən 369-370 nömrəli Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildiriblər ki, aprelin 21-dən etibarən yeni 369-370 nömrəli Bakı-Kiyev qatarı təyin edilir. Qatar Xarkov, Poltava, Mirqorod və Lubnı stansiyalarından keçəcək.

Qatar Bakıdan həftədə bir dəfə - həftənin IV günləri saat 01-35-də yola düşəcək, Kiyev stansiyasına aprelin 23-dən etibarən həftənin I günləri saat 11-46-da çatacaq və həmin gün saat 14-37-də əks istiqamətə yola düşəcək.

Qeyd edək ki, Bakı-Kiyev qatarı Bakıya aprelin 26-dan etibarən həftənin IV günləri saat 04-10-da çatacaq.

1news.az

Paylaş:
1160

Son xəbərlər

Bütün xəbərlər