Daşkənddə Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimatı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Daşkənddə Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimatı olub

12:43 - 13 / 04 / 2018
Daşkənddə Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimatı olub

Yazıçı-publisist, Əməkdar Jurnalist, Milli Məclisin deputatı Elmira Axundovanın Azərbaycanın Özbəkistandakı səfirliyinin təşəbbüsü ilə Daşkənddəki “Mashhur press” nəşriyyatında özbək dilində çap olunmuş “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“İlhom Aliyev. “Ozgarishlar jarayonidagi Prezident tasviri”) kitabının təqdimatı keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimində xarici ölkələrin səfirləri, “Özbəkistan–Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərliyi, mədəniyyət və incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri, müəllimlər və tələbələr, soydaşlarımız, jurnalistlər iştirak ediblər.

Kitabın tərcüməçiləri özbək alimləri, mərhum Usman Kuçkar və Şokir Dolimovdır.

Təqdimat mərasimini giriş sözü ilə açan Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Elmira Axundovanın yaradıcılığı haqqında məlumat verib. O, yazıçı tərəfindən qələmə alınmış, postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri olan İlham Əliyev haqqında faktlar və materialları özündə əks etdirən kitabda ölkə başçısının əsl portretinin yaradıldığını qeyd edib.

Səfir vurğulayıb ki, müəllif əsərdə dövlət başçısının uğurlu fəaliyyətini geniş təhlil edərək Prezidentin daxili və xarici siyasət, hərbi, sənaye, mədəniyyət, idman, multikulturalizm və informasiya sahələrindəki xidmətlərinə nəzər salıb. O, kitabın Özbəkistanda da böyük maraqla qarşılandığını qeyd edib.

Elmira Axundova müəllifi olduğu kitab haqqında danışaraq Prezident İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində Azərbaycanda böyük dəyişikliklərin olduğunu, ölkənin iqtisadi mənzərəsinin tamamilə dəyişdiyini və Azərbaycanın heç vaxt indiki qədər qüdrətli olmadığını bildirib. E.Axundova deyib:

“25 il əvvəl, 1991-ci ilin əvvəlində “Azərbaycan” qəzetində mənim Heydər Əliyev haqqında böyük yazım dərc edilmişdi. Bu dövr Heydər Əliyev üçün çətin bir dövr idi. Sonralar bu böyük siyasətçi haqqında yüzlərlə məqaləm, siyasi detektiv janrında üç kitabım və yeddi roman-tədqiqatım işıq üzü gördü. Bu əməyimə görə 2014-cü ildə dövlət mükafatına layiq görüldüm. Bu əsərlərdə publisistik formada Heydər Əliyevin həyatı, taleyi, siyasətçi kimi yetişməsi, Azərbaycanın dirçəldilməsi istiqamətində həyata keçirdiyi işlər əks olunub. Bununla paralel olaraq, mən Heydər Əliyevin ailəsinin - 1994-cü ildən Ulu Öndərin komandasında çalışan, atasının sadiq silahdaşı olan İlham Əliyevin, 1990-cı illərin ortalarından Azərbaycan mədəniyyətinin gözəl ənənələrinin təbliğatçısı və qoruyucusu olan Mehriban Əliyevanın humanitar sahədə həyata keçirdiyi böyük layihələri müşahidə edirdim və bunun nəticəsi olaraq Azərbaycan və Rusiya mətbuatında onlarla məqaləm çap edildi”.

Müəllif Prezident İlham Əliyev tərəfindən elan edilən “qara qızıl”ın insan kapitalına çevrilməsi” siyasəti nəticəsində Azərbaycanın Qafqazda lider dövlət olduğunu, regionda nüfuzlu ölkə kimi qlobal əhəmiyyətli nəhəng layihələrin həyata keçirildiyini, dünyada ölkəmizin nüfuzunun artdığını və xalqın Prezidentə inamının gücləndiyini söyləyib. O bildirib ki, bu kitab üzərində işləyərkən akademik Ramiz Mehdiyevin “Azərbaycanı dəyişən 10 il” əsəri stolüstü kitabı olub və bu kitabdan kiçik bir hissəni diqqətə çatdırıb: “Onun fəaliyyəti inqilabi xarakter daşıyır, çünki on il ərzində çox ümidləri doğruldub, bu isə insanların hakimiyyətə münasibətini müəyyənləşdirir...

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin nadir təşəbbüsləri ölkənin, regionun, Avrasiya məkanının iqtisadi landşaftını dəyişir, zamanın sərt dönüşündə öz liderini dəstəkləyən xalqın mənəvi oyanışı üçün böyük stimula çevrilir”.

Elmira Axundova ölkəmizdə görülən işləri, qazanılan uğurları görməyən bəzi şəxslərin öz vətənləri əleyhinə apardıqları iyrənc kampaniyanı pisləyərək, bu cür insanların sağlam düşüncəyə söykənmədiyini və öz vətənlərinə xəyanət etdiklərini vurğulayıb.

Kitabın tərcüməçilərindən biri olan Şokir Dolimov regionda Azərbaycanın müstəqil siyasət aparan dövlət olaraq nüfuzunun yüksəldiyini, ölkədə nəhəng infrastruktur layihələrinin reallaşdırıldığını vurğulayıb. O, beynəlxalq tədbirlərə - Avropa Oyunlarına, İslam Oyunlarına, Qlobal forumlara ev sahibliyi etməsini Azərbaycanın artan nüfuzunun göstəricisi kimi qiymətləndirib. Ş.Dolimov deyib:

“Bu əsərin mahiyyətinə vardıqca anladım ki, kitab bizim müasirimizin öz ölkəsini nəinki regionun, həm də qitənin inkişaf etmiş, zəngin dövlətinə çevirməsi haqqındadır. Bu əsər öz ailəsini, ölkəsini, xalqını, tarixini, dilini və mədəniyyətini necə sevmək, Vətən naminə necə yaşamaq və çalışmaq haqqındadır. Bu kitab gənc bir insanın uğurlu bir şəxsiyyətə çevrilməsi, qorxmaz siyasi fiqur kimi yüksəlməsi barədədir. Bu kitab əsl prezident olmaq üçün nə etmək lazımdır sualına cavab verir”. O vurğulayıb ki, ictimai-siyasi fəaliyyətlə məşğul olan, öz həyatını Vətənə xidmətə həsr edən gənc nəsil bu kitabdan çox şey öyrənə bilər. Bu əsərdə “Prezident marafonu: həyəcanlı və ümid dolu illər” hissəsində mühüm bir informasiya nəzərimi cəlb etdi. Azərbaycanda yaşamaq hüququ almaq istəyən xarici ölkə vətəndaşları dövlət dilini bilmələri ilə bağlı mütləq qaydada test imtahanı verməlidir. Bəli, bu ölkədə yaşamaq istəyirsənsə, dövlətimin və xalqımın dilini bilməlisən, nə gözəl bir təşəbbüsdür.

Ş.Dolimov çıxışının sonunda kitabın Özbəkistan ictimaiyyəti, tədqiqatçılar üçün olduqca maraqlı bir mənbə olduğunu vurğulayaraq, müəllifə və kitabın çapına görə Azərbaycan səfirliyinə təşəkkürünü bildirib.

Özbək tarixçisi Şuxrat Salamov kitabın çox maraqlı olduğunu və nəşrdə Azərbaycan-Özbəkistan münasibətlərinə dair İlham Əliyevin maraqlı fikirlərinin yer aldığını qeyd edib. Prezident İlham Əliyevin Azərbaycan tarixində indiyədək görünməyən mühüm uğurlara imza atdığını vurğulayan Şuxrat Salamov tarixboyu güclü dövlət başçılarının fəaliyyətinə, onların irsinə tez-tez müraciət olunduğunu söyləyib. O, Elmira Axundovanın fikirlərinə dəstək olaraq xarici ölkələrdə anti-Azərbaycan təbliğatı aparanlara səslənərək bunun Vətənə, millətə, dövlətə xəyanət olduğunu bildirib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, alim-tərcüməçi Babaxan Şərif və başqaları bildiriblər ki, müəllif nəşrdə Azərbaycan Prezidenti İlham Əliyevin portretini yaradıb, onu öz xalqının əsl siyasi lideri və müasir dövrün ən parlaq siyasi xadimi kimi təqdim edib, real faktlara və hadisələrə əsaslanaraq dövlət başçısının parlaq obrazını yaradıb.

Onlar Azərbaycan Prezidenti İlham Əliyevin İslam həmrəyliyi, mədəniyyətlərarası dialoq sahəsində təşəbbüslərini yüksək qiymətləndirərək, kitabda müəllifin multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu, xalqımızın əsrlərboyu tolerantlıq, dözümlülük nümayiş etdirdiyini, digər dinlərə və mədəniyyətlərə hörmətlə yanaşdığını real faktlarla sübuta yetirdiyini qeyd ediblər.

Daha sonra “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının imza mərasimi keçirilib, Elmira Axundova çoxsaylı oxuculara imzası ilə kitab hədiyyə edib.

1news.az

Paylaş:
525

Son xəbərlər

MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilibBu gün, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcəkBu gün, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEOBu gün, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHIBu gün, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEOBu gün, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıbBu gün, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədirBu gün, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblərBu gün, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcəkBu gün, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİBBu gün, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldıBu gün, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45
Bütün xəbərlər