Azərbaycanda 26 yaşlı qadın güllələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 26 yaşlı qadın güllələnib

14:00 - 14 / 04 / 2018
Azərbaycanda 26 yaşlı qadın güllələnib

Qazax rayonunda güllələnmə hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib. Kənddə yaşayan 1992-ci il təvəllüdlü Mehriban Məsimova güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə M.Məsimova 2 il əvvəl başqa kənddən Yuxarı Salahlıya gəlin köçüb və bir övladı var. Onun gecə saat 3-4 radələrində münaqişə zəminində ov tüfəngindən açılan atəş nəticəsində xəsarət aldığı bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsin tapılması istiqamətində tədbirlər həyata keçirirlər.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.

S.Xankişiyeva

Paylaş:
514

Son xəbərlər

Bütün xəbərlər