“Cümhuriyyətin Təhlükəsizlik Orqanları (1918-1920)” kitabı nəşr edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Cümhuriyyətin Təhlükəsizlik Orqanları (1918-1920)” kitabı nəşr edilib

10:58 - 16 / 04 / 2018
“Cümhuriyyətin Təhlükəsizlik Orqanları (1918-1920)” kitabı nəşr edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Azərbaycan  xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində “Cümhuriyyətin Təhlükəsizlik Orqanları (1918-1920)” kitabını oxuculara təqdim edib.

1news.az-ın məlumatına görə, kitabın müəllifi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının professoru, filologiya elmləri doktoru Cəlal Qasımov, elmi rəhbəri isə AMEA-nın müxbir üzvü, professor Musa Qasımlıdır.

Azərbaycanın xüsusi xidmət orqanlarının tarixinə və ötən əsrin 30-cu illərindəki bolşevik repressiyalarına dair 30-a qədər kitab və monoqrafiyanın müəllifi olan C. Qasımovun bu tədqiqat əsərində Azərbaycan təhlükəsizlik orqanlarının keçdiyi tarixi yola nəzər salınır. 

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda Şərqdə ilk demokratik döv­lət olan Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizlik orqanlarının - Müdafiə Nazirliyinin tərkibində Kəşfiyyat və əks-kəşfiyyat bölməsinin, bir qədər sonra Əksinqilabla Mübarizə Təşkilatının təsis edilməsi, həmin təhlükəsizlik orqanları­nın hansı zərurətdən yaradılması, süqutu, əməkdaşlarının taleyi və digər bu kimi məsələlər dövrün mətbuat orqanları və arxiv materialları əsasında tədqiq edilibr.

Monoqrafiyada Əksinqilabla Mübarizə Təşkilatı rəhbərlərindən Məmməd­bağır Şeyxzamanlı, Nağı bəy Şeyxzamanlı, Əli Razi Şamçızadə, Mahmud Səfikürdiski, Məmmədtağı Da­daşov kimi əməkdaşların sonrakı taleyi də tədqiqatın predmetinə çevrilib.

Müəllifin Azərbaycan Xalq Cümhuriyyəti və ondan əvvəlki Azərbaycan dövlətlərinin təhlükəsizlik məsələlərinə münasibəti qədim salnamələr və arxiv materialları əsasında tədqiq edilir. Cümhuriyyətin yaranması və onun müstəqilliyinin müdafiə və mühafizəsində xüsusi rolu olan, 1919-cu ilin mart ayının 28-də müdafiə naziri Səməd bəy Mehmandarovun və general-kvartirmeyster şöbəsinin rəisi Məmməd bəy Sulkeviçin birgə imzaladığı 157 saylı əmrlə yaradılan “Kəşfiyyat və əks-kəşfiyyat bölməsi”nin, eləcə də “Əksinqilab ilə mübarizə təşkilatı”nın fəaliyyət istiqamətləri araşdırılır.

Kitabda müstəqilliyimizin möhkəmləndirilməsində Azərbaycana qarşı pozuculuq fəaliyyəti ilə məşğul olan denikinçilərə, erməni daşnaklarına və bolşeviklərə qarşı mətanətlə mübarizə aparan cümhuriyyətin təhlükəsizlik orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri indiyədək işıq üzü görməmiş arxiv materialları əsasında tədqiq edilib, xalqımız tarixində və taleyində mühüm rol oynayan bu qurumun strukturu, kadr siyasəti və sair məsələlər elmi və ictimai dövriyyəyə buraxılıb.

1news.az

Paylaş:
1925

Son xəbərlər

MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilibBu gün, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcəkBu gün, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEOBu gün, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHIBu gün, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEOBu gün, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıbBu gün, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədirBu gün, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblərBu gün, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcəkBu gün, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİBBu gün, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldıBu gün, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45
Bütün xəbərlər