Dənizə balıq tutmağa çıxan 29 yaşlı balıqçı itkin düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizə balıq tutmağa çıxan 29 yaşlı balıqçı itkin düşüb

10:43 - 17 / 04 / 2018
Dənizə balıq tutmağa çıxan 29 yaşlı balıqçı itkin düşüb

Bakıda dənizə balıq tutmağa çıxan şəxs itkin düşüb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, aprelin 16-da balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisindən dənizə çıxmış 1989-cu il təvəllüdlü Həmidzadə Şəhriyar Paşa oğlu geri qayıtmayıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

1news.az

Paylaş:
489

Son xəbərlər

Bütün xəbərlər