Azərbaycan AÇG-dən 130 milyard dollardan çox gəlir əldə edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan AÇG-dən 130 milyard dollardan çox gəlir əldə edib

17:42 - 19 / 04 / 2018
Azərbaycan AÇG-dən 130 milyard dollardan çox gəlir əldə edib

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2018-ci ilin aprelin 1-nə əldə edilən gəlirlərini açıqlayıb.

1news.az-ın verdiyi xəbərə görə, bu ilin yanvar-mart aylarında AÇG yataqları üzrə fond 2 mlrd. 65 mln. dollar gəlir əldə edib.

Ümumiyyətlə, 2001-ci ildən etibarən bu ilin əvvəlinədək AÇG yataqlar bloku üzrə 130,551 mlrd. dollar, "Şahdəniz" yatağı üzrə isə 2,506 mlrd. dollar həcmində gəlir əldə olunub.

S.Xankişiyeva

 

Paylaş:
398

Son xəbərlər

BİRMARKET-də ŞOOOK Cümə!

18 / 11 / 2025, 12:30
Bütün xəbərlər