Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Bu gün Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildirilib ki, Məhəmməd Hadi küçəsində yeni çəkilmiş diametrləri 315, 159 və 108 millimetrlik polietilen qaz xəttlərinin şəbəkəyə qoşulması ilə əlaqədar aprelin 26-da saat 10:00-dan təmir işlər tamamlananadək Xətai rayonunun Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
1news.az