Saxta pasportla Avropaya getmək istəyən 3 əcnəbi saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Saxta pasportla Avropaya getmək istəyən 3 əcnəbi saxlanılıb

10:50 - 27 / 04 / 2018
Saxta pasportla Avropaya getmək istəyən 3 əcnəbi saxlanılıb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sər­­həd mühafizə tədbirləri uğurla davam etdirilir.

1news.az-ın DSX-nin mətbuat mərkəzinə istinadən verdiyi xəbərə görə, 24-25 aprel tarixlərində DSX əməkdaşlarının sayıq­lığı və pe­şəkarlığı sayəsində 3 xarici vətəndaşın saxta sənədlərlə Avropa öl­­kə­­lərinə qanunsuz səfər etmək məqsədilə Azərbaycan Respublikası əra­zisindən tranzit istifadə etmək cəhdinin qarşısı alınıb.

24 apreldə “Şar­ja-Bakı” rey­sinin rəsmiləşdirilməsi za­ma­­nı özlərini Böyük Britaniya və­tən­­daşları kimi təqdim edən 1958-ci il təvəllüdlü Sid­diqi Salma və 1987-ci il təvəllüdlü Siddiqi Mujeeb Ur Rehman tərə­fin­­dən sərhəd nə­zarətinə təqdim olunmuş pasportların həqiqiliyi şüb­hə doğurub.

25 apreldə “Bakı-Frankfurt” reysinin rəsmiləşdirilməsi za­ma­­nı özü­­­­nü Almaniya vətəndaşı kimi təqdim edən 1995-ci il təvəllüdlü Mu­ham­med Luqman Muhammed Amenin də pasportunun saxta olmasına şüb­­hələr yaranıb.

Hər iki halda sərhəd keçmə sənədləri xüsusi laboratoriya şərai­tin­də dərinləş­diril­miş yoxlamadan keçirilib, pasportların məlu­mat sə­hi­fəsinin də­yiş­­­di­rilərək saxtalaşdırılması müəyyən edilib. Həmin şəxs­­lə­rin üzə­rinə baxış keçirilərkən onlara məxsus birinci halda Pa­kis­­tan vətəndaşlarının, ikinci halda isə İraq vətəndaşının pasportları aş­kar olun­ub, məqsədlərinin Azərbaycan Respublikasının ərazisin­dən tranzit istifadə etməklə Avropa ölkələrinə mühacirət etmək olması müəyyənləşdirilib.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq təd­bir­ləri həyata keçirilir.

1news.az

Paylaş:
549

Son xəbərlər

Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTOBu gün, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublarBu gün, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edirBu gün, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edibBu gün, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilibBu gün, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilibBu gün, 13:52Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblarBu gün, 13:51İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblərBu gün, 13:49Audiovizual Şuranın, MEDİA Agentliyinin və AzərTAC-ın rəhbərləri Mərakeş Krallığında işgüzar səfərdədir - FOTOBu gün, 13:42“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!Bu gün, 12:55Sabahın hava proqnozuBu gün, 12:40Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 12:36Qazaxda əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələndiBu gün, 12:26FHN Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb - FOTOBu gün, 12:13Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə görüşübBu gün, 12:01Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:59Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublarBu gün, 11:43FHN: Ötən sutka 14 yanğına çıxış olubBu gün, 11:37Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıbBu gün, 11:25
Bütün xəbərlər