“Təməl”: Təhsilin gələcəyi – VİDEO

1news.az informasiya agentliyinin və Təhsil TV-nin birgə layihəsi olan “Təməl” proqramının növbəti buraxılışı yayımlanıb.
1news.az-ın verdiyi xəbərə görə, verilişin budəfəki sayında moderator Cəsarət Valehovun qonağı silikon vadisində çalışaraq gələcəyi görən, innovasiyaları Bakıda qurmağa çalışdığı elmi tədqiqat laboratoriyası ilə tətbiq etmək istəyən Teymur Sadıqov olub.
Verilişdə Süni zəka nəyi dəyişəcək? Pilotsuz avtomobillərə etibar etmək olarmı? Və nəhayət tələbələrimiz nələri oxumalıdır? Kimi suallar müzakirə olunub.
Veriliş həmçinin 29 aprel saat 18.40-da ARB 24 kanalında yayımlanacaq.
S.Xankişiyeva
537