Milli Onkologiya Mərkəzində dünyanın məşhur tibb mütəxəssisləri ilə görüşlər olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Onkologiya Mərkəzində dünyanın məşhur tibb mütəxəssisləri ilə görüşlər olub

19:15 - 28 / 04 / 2018
Milli Onkologiya Mərkəzində dünyanın məşhur tibb mütəxəssisləri ilə görüşlər olub

Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) baş direktoru, akademik Cəmil Əliyev Köln Universitet Klinikasının aparıcı neyroradioloqları ilə görüşüb.

Görüşdə klinikanın neyroradiologiya şöbəsinin rəhbəri, tibb elmləri doktoru, professor Anastasios Mpotsaris, tibb elmləri doktorları Volker Maus və Nuran Abdullayev iştirak edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, görüş zamanı MOM-un elmi-klinik səviyyəsi yüksək qiymətləndirilib, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Almaniyadan gəlmiş mütəxəssislər Milli Onkologiya Mərkəzinin reanimasiya, invaziv diaqnostika və müalicə şöbələrinin fəaliyyəti ilə yaxından tanış olublar. Onlar bu, tibb müəssisəsinin işini yüksək qiymətləndiriblər.

Həmin gün Bakıda keçirilən IV Azərbaycan-Alman-Türk Konqresində iştirak edən dünya şöhrətli spikerlərin bir qrupu akademik Cəmil Əliyevin dəvəti ilə MOM-a gələrək, bu, məşhur səhiyyə ocağının maddi-texniki təminatı və burada əldə edilən yüksək tibbi nailiyyətlərlə tanış olublar. Görüşdə iştirak edən Almaniyanın Yena Universitet Klinikasının baş direktoru, professor Uts Settmaxer, akademik İ.Pavlov adına Birinci Sankt-Peterburq Tibb Universitetinin rektoru, professor Sergey Baqnenko, Davos kurslarının direktor müavini, professor Diter Hanloset, Hamburq Qastroenteroloji Klinikasının baş direktoru Deniz Uyak və müxtəlif xarici ölkələrin tanınmış tibb müəssisələrinin əməkdaşları Milli Onkologiya Mərkəzində pasiyentlərin müayinə və müalicəsi üçün yaradılmış şəraitin çox yüksək səviyyədə olduğunu vurğulayıblar.

Mərkəzin rəhbəri ən son avadanlıqlarla təchiz olunmuş və müasir üsulların tətbiq edildiyi bu səhiyyə ocağının ölkə Prezidenti İlham Əliyevin ardıcıl və daimi qayğısı nəticəsində ərsəyə gəldiyini vurğulayıb. Bundan əlavə akademik MOM-un Cənubi Qafqazın ən müasir tibb müəssisəsi olduğunu da xüsusi ilə qeyd edib.

Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Alen Uper də Azərbaycana səfəri çərçivəsində Milli Onkologiya Mərkəzində olub. İxtisasca radioloq olan senator MOM haqqında çox eşitdiyini qeyd edib. O, mərkəzə səfər etməyə çox maraq göstərdiyini və burada olmaqdan məmnunluğunu vurğulayıb.

Mərkəzin baş direktoru akademik Cəmil Əliyev qonağa tibb müəssisəsi haqqında ətraflı məlumat verib. Senator mərkəzin şüa diaqnostikası, şüa terapiyası şöbələri və Nüvə Təbabəti Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.

Görüşün sonunda senator Alen Uper səmimi qəbul üçün təşəkkürünü bildirib və MOM-un muzeyində yerləşən Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

S.Xankişiyeva

 

Paylaş:
605

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTOBu gün, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilibBu gün, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcəkBu gün, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEOBu gün, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHIBu gün, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEOBu gün, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıbBu gün, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədirBu gün, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblərBu gün, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcəkBu gün, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİBBu gün, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldıBu gün, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01
Bütün xəbərlər