Bakıda özünü binadan atmaq istəyən şəxs xilas edilib

Bakının Nizami rayonu ərazisində intihara cəhd hadisəsi baş verib.
1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Nizami rayonunda 1 nəfər kişi beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
S.Xankişiyeva
561