“Alimlər şəhərciyi” yaşayış kompleksindən bu şəxslər də mənzil ala biləcək

Abşeron rayonu Saray qəsəbəsində tikilən “Alimlər şəhərciyi” yaşayış kompleksindən təhsil işçiləri də mənzil ala biləcəklər.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
Məlumata görə, bundan əlavə AMEA-nın yataqxanasında qeydiyyatda olan akademiya əməkdaşları və qeydiyyatda olub akademiyada çalışmayanlar da mənzil əldə edə biləcəklər.
Qeyd olunub ki, layihənin məqsədi AMEA və Təhsil Nazirliyinin əməkdaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaqdır.
1news.az
1267