Ramin Quluzadə Ağdaşda vətəndaşlarla görüşəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ramin Quluzadə Ağdaşda vətəndaşlarla görüşəcək

18:06 - 01 / 05 / 2018
Ramin Quluzadə Ağdaşda vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mayın 4-də Ağdaş şəhərində Ağdaş, Kürdəmir, Ucar, Göyçay rayonlarının və Mingəçevir şəhərinin sakinlərini qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, saat 15:00-da başlayacaq qəbulda adıçəkilən rayonlarda sakinlərə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlər diqqətdə olacaq.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün onlardan aşağıda qeyd olunan nömrələrə zəng etmələri xahiş olunur:

Ağdaş rayonunda             02023 55159

Mingəçevir şəhərində      02427 52999

Kürdəmir rayonunda       02025 51599

Ucar rayonunda               02021 33777

Göyçay rayonunda           02027 42366

1news.az

Paylaş:
689

Son xəbərlər

Bütün xəbərlər