Dəmir yolunun cənub istiqamətində əsaslı təmir işləri aparılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dəmir yolunun cənub istiqamətində əsaslı təmir işləri aparılır

19:44 - 01 / 05 / 2018
Dəmir yolunun cənub istiqamətində əsaslı təmir işləri aparılır

“Azərbaycan Dəmir Yolları” QSC-nin əsas istiqamətləri üzrə baş yollarının əsaslı təmiri davam etdirilir.

Cəmiyyətin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildiriblər ki, mart ayının 18-dən başlayaraq “Şimal-Cənub” layihəsi çərçivəsində Ələt-Osmanlı-Astara sahəsində ilkin olaraq 40 km baş yolun R-65 tipli yarım-yararlı materiallarla əsaslı təmiri aparılır.

Təmir işlərini icra edən “Dəmiryolservis” MMC tərəfindən artıq Şirvan çeşidləmə-Şirvan mənzilinin tək yolunda və Şirvan baş stansiyasının tək yolunda 4.1 km uzunluğunda yollar əsaslı təmir edilib.

Hazırda Qaragünə-Şirvan çeşidləmə mənzilində 6,7 kilometrlik  yolun əsaslı təmiri həyata keçirilir.

Onu da xatırladaq ki, bu mənzildə son əsaslı təmir işləri 1968-ci ildə aparılıb. Dəmir yolunun perspektiv layihələrinə uyğun olaraq,  bu istiqamətdə yolların hərəkətə tam yararlılığı zərurəti ortaya çıxıb. Yaxın gələcəkdə hərəkətin intensivliyinin artacağını nəzərə alsaq, hal-hazırda görülən işlərin böyük əhəmiyyəti var.

1news.az

Paylaş:
508

Son xəbərlər

Bütün xəbərlər