Azərbaycanda, demək olar ki, hər evdə ən az bir məhsulu olan şirkət - FOTO - VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda, demək olar ki, hər evdə ən az bir məhsulu olan şirkət - FOTO - VİDEO

09:30 - 01 / 05 / 2018
Azərbaycanda, demək olar ki, hər evdə ən az bir məhsulu olan şirkət - FOTO - VİDEO

“Procter and Gamble” (P&G) şirkəti bu il Azərbaycana gəlişinin 20 illiyini qeyd edir.

1998-ci ildə Azərbaycanda fəaliyyətə başlayan gündəlik tələbat mallarının tanınmış istehsalçısı “Biz həyatın kiçik anlarında böyük potensial görürük. Dişləri fırçalamaqda. Saçları yumaqda. Duş qəbul etməkdə. Uşağın qayğısına qalmaqda. Evi təmizləməkdə. Qab və paltar yumaqda. Biz bu anları bir az asanlaşdıran məhsullar istehsal edirik” - deyir.

Azərbaycanlı istehlakçılara hazırda 15 aparıcı brendini təqdim edən P&G onların gündəlik həyatını yaxşılaşdırmaq üçün əlindən gələni əsirgəmədiyini bildirir və buna davam edəcəyinə söz verir.

Bu gün P&G şirkətinin respublikamızda fəaliyyəti nəticəsində 700 nəfərdən artıq insan işlə təmin olunub. Bu rəqəmə şirkətin öz işçilərindən başqa, yerli partnyorlar və agentliklərində çalışanlar da daxildir.    

Ölkənin ən böyük TV media investoru olaraq, regional layihələri və innovasiyaları ilə şirkət öz istehlakçılarını da bu layihə və innovasiyaların ortağına çevirir.

Bir çox aparıcı brendlərini bizim bazara gətirmiş P&G dəyər yaradan yenilikləri Azərbaycana gətirməkdə davam edir.

Ötən 20 il ərzində bu şirkət xalqımızın həyatına ictimai layihələri ilə təsir edə və yaxşılaşdıra bilib.

1999-cu ildə isə “Pampers” brendi altında indiyədək 850 minə yaxın ananı əhatə etmiş “Bilikli ana, sağlam körpə” proqramına və “Always” brendinin dəstəyi ilə 500 minədək yeniyetmə (11-13 yaşlı) məktəbli qızı əhatə etmiş maarifləndirici proqrama start verilib və bu layihələr hazırda da davam edir.

Sağlam nəsillərin yetişdirilməsini qarşıya məqsəd qoyaraq, idman və idmançıların hər zaman yanında olmağı özünə borc bilən P&G 2012-ci il London Olimpiya Oyunlarında komandamızı dəstəkləməklə Azərbaycan Milli Olimpiya Komitəsi ilə məğrur tərəfdaşlığın əsasını qoyub. Eyni məqsədlə, 2015-ci ildə “Anam üçün!” kampaniyası ilə İlk Bakı Avropa Oyunlarının rəsmi tərəfdaşı olub və “Hər bir uğur arxasında anaların əvəzsiz dəstəyi var” deyə bəyan edib.

Şirkətin daha bir dəstəyi 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Olimpiya komandasına olub və belə genişmiqyaslı tədbirdə komandamızın birinci olmaq sevincini bizimlə birgə yaşayıb.

Bu gün, demək olar ki, hər evdə ən azı bir P&G məhsulu var və bu, şirkətə Azərbaycan istehlakçılarının həyatını yaxşılaşdırmaqda qətiyyətlə davam etməyə stimul verir.

P&G – 20 il Azərbaycanda. Hər zaman yaxşısı ilə.

“Procter and Gamble” (P&G) haqqında

P&G öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Gillette®, Safeguard® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir.

P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.

Reklam hüququnda

Paylaş:
1369

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər