Xalq rəssamı Tokay Məmmədov vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq rəssamı Tokay Məmmədov vəfat edib

15:47 - 02 / 05 / 2018
Xalq rəssamı Tokay Məmmədov vəfat edib

Xalq rəssamı, heykəltaraş Tokay Məmmədov 91 yaşında dünyasını dəyişib. 

1news.az  xəbər verir ki,  Tokay Məmmədovla vida mərasiminin keçiriləcəyi məkan və dəfn olunacağı yer dəqiqləşdirilir. 

Tokay Məmmədov Məhəmməd Füzuli, Nəsimi, Üzeyir Hacıbəyov və Koroğlunun heykəllərinin müəllifidir.   

Tokay Həbib oğlu Məmmədov 1927-ci il iyulun 18-də Bakıda anadan olub. Atası Həbib Qurban oğlu Məmmədov texnika elmləri doktoru, anası Zivər Məmmədova isə Azərbaycanın ilk qadın heykəltəraşı olub. İlk təhsilini anasından alıb.

Tokay Məmmədov 1945-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin üçüncü kursunu bitirərək Leninqrad şəhərinə gedib və İ.E.Repin adına Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinə qəbul olunub. Burada oxuduğu illər ərzində o, görkəmli rus sənətkarları V.Senayski, A.Matveyev və M.Kerezindən dərs alıb.

Tokay Məmmədov yaratdığı işlərə görə 1978-ci ildə SSRİ Dövlət Mükafatı, 1982-ci ildə isə Azərbaycan Dövlət Mükafatına layiq görülüb. O, həmçinin "Şərəf nişanı", "Xalqlar dostluğu", "Şöhrət" ordenləri ilə təltif olunub.

T.Məmmədov bir neçə qəbirüstü abidənin də müəllifidir. O, 1956-cı ildə Şuşa şəhərində musiqiçi alim, xəttat və rəssam Mirmöhsün Nəvvabın qəbirüstü abidəsini düzəldib.

Heykəltəraş Azərbaycanın ilk professional vokal sənətinin banisi Bülbülün də qəbirüstü abidəsini yaradıb.

1news.az  

 

Paylaş:
779

Son xəbərlər

Şuşaya qayıdış bu tarixdən başlayacaq30 / 04 / 2024, 17:45İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb, xəbərdarlıq edilib30 / 04 / 2024, 17:39Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib30 / 04 / 2024, 17:22“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırılıb30 / 04 / 2024, 17:17144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıb30 / 04 / 2024, 17:11Sumqayıtda narkotikin təsiri altında avtomobil idarə edən 27 sürücü aşkarlanıb - VİDEO30 / 04 / 2024, 16:55Azərbaycan və Əlcəzair arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunub30 / 04 / 2024, 16:39Lənkəranda baş verən qəzada piyada ölüb30 / 04 / 2024, 16:27Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib30 / 04 / 2024, 16:15Azərbaycan XİN Fransa daxili işlər nazirinin səsləndirdiyi əsassız iddialara cavab verib30 / 04 / 2024, 15:57Növbəti köç karvanı Laçına çatıb - YENİLƏNİB30 / 04 / 2024, 15:43“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində respublika müşavirəsi keçirilib - FOTO - VİDEO30 / 04 / 2024, 15:22Aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb30 / 04 / 2024, 15:18Ceyhun Bayramov livanlı həmkarı ilə görüşüb30 / 04 / 2024, 15:07Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıb30 / 04 / 2024, 14:57Yazın son ayında hava necə olacaq?30 / 04 / 2024, 14:41Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib30 / 04 / 2024, 14:21Ceyhun Bayramov Qətərin Baş naziri ilə görüşüb30 / 04 / 2024, 13:59“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanılıb30 / 04 / 2024, 13:45Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb - FOTO30 / 04 / 2024, 13:38
Bütün xəbərlər