Azərbaycanda əhalinin siyahıyaalınması keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda əhalinin siyahıyaalınması keçiriləcək

16:27 - 02 / 05 / 2018
Azərbaycanda əhalinin siyahıyaalınması keçiriləcək

2-3 may tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatının Statistika Komissiyasının 7-ci sessiyası keçirilir. Tədbirdə Azərbaycan Dövlət Statistika Komitəsi aparatının rəhbəri Cabbar Musayev iştirak edir.

Komitədən 1news.az-a verilən məlumata görə, sessiya zamanı əhali və mənzil fondunun siyahıyaalınmasının 2020-ci il raundu üzrə görülmüş işlər, vətəndaş qeydiyyatı məlumatları da daxil olmaqla demoqrafiya və miqrasiya üzrə rəsmi statistika məlumatlarının istehsalı və yayılması ilə bağlı fəaliyyətlərin gücləndirilməsinə, dayanıqlı inkişaf məqsədləri göstəriciləri üzrə məlumatların hazırlanması sahəsində milli prioritetlərə, İslam Əməkdaşlıq Təşkilatının Statistika Komissiyası üçün yeni strateji baxışın formalaşdırılmasına, Beynəlxalq Statistika İnstitutunun 62-ci Dünya Statistika Konqresinin işinə dair məsələlər müzakirə olunacaq.

Tədbirdə Dövlət Statistika Komitəsinin nümayəndəsi təqdimatla çıxış edərək 2019-cu ildə Azərbaycan Respublikasında keçiriləcək əhalinin siyahıyaalınmasına, o cümlədən sınaq siyahıyaalınmasına hazırlıq üzrə görülən işlər barədə məlumat verəcək, Dövlət Statistika Komitəsinin bu sahədə əldə etdiyi təcrübəni sessiya iştirakçıları ilə bölüşəcək.

1news.az  

Paylaş:
505

Son xəbərlər

Azərbaycanlı şagird Sidneydə olimpiadada qalib olubBu gün, 09:58Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 09:46AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:44Motoverse 1 yaşında! - FOTO - VİDEOBu gün, 09:33Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:27Bu gündən etibarən sağlamlıq haqqında tibbi arayışlar vətəndaşlara elektron şəkildə təqdim olunacaqBu gün, 09:10“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayırBu gün, 09:09Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:05Hazırda havada tozun miqdarı normadan 1,2 dəfə artıqdıBu gün, 09:01Paytaxt yollarında müşahidə olunan vəziyyət açıqlandı - SİYAHIBu gün, 08:59Şuşaya qayıdış bu tarixdən başlayacaq30 / 04 / 2024, 17:45İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb, xəbərdarlıq edilib30 / 04 / 2024, 17:39Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib30 / 04 / 2024, 17:22“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırılıb30 / 04 / 2024, 17:17144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıb30 / 04 / 2024, 17:11Sumqayıtda narkotikin təsiri altında avtomobil idarə edən 27 sürücü aşkarlanıb - VİDEO30 / 04 / 2024, 16:55Azərbaycan və Əlcəzair arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunub30 / 04 / 2024, 16:39Lənkəranda baş verən qəzada piyada ölüb30 / 04 / 2024, 16:27Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib30 / 04 / 2024, 16:15Azərbaycan XİN Fransa daxili işlər nazirinin səsləndirdiyi əsassız iddialara cavab verib30 / 04 / 2024, 15:57
Bütün xəbərlər