Sabah Bakının bu ərazilərində su olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Bakının bu ərazilərində su olmayacaq

16:55 - 02 / 05 / 2018
Sabah Bakının bu ərazilərində su olmayacaq

Sabah paytaxtın bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə 1news.az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Məlumata görə, Bakı şəhəri Mir Cəlal və Hüseyn Seyidzadə küçələrində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar mayın 3-də gün ərzində 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara  içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1news.az

Paylaş:
415

Son xəbərlər

Bütün xəbərlər