Mingəçevir stansiyasında yeni yoldəyişənlər quraşdırılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mingəçevir stansiyasında yeni yoldəyişənlər quraşdırılır

22:02 - 02 / 05 / 2018
Mingəçevir stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildiriblər ki, eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr  2016-cı ildə quraşdırılıb və bu günə kimi 150 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Mingəçevir stansiyasınin cüt boğazında 5 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi  MMC-nin kollektivi həyata keçirir.

1news.az

Paylaş:
688

Son xəbərlər

Bütün xəbərlər