Meksika və Azərbaycan arasında ticarət həcmi əhəmiyyətli dərəcədə artıb
Meksika səfirliyinin ticarət və iqtisadi təşviqat işləri çərçivəsində bu ölkənin ticarət missiyası 23- 30 aprel tarixlərində Azərbaycanda səfərdə olublar.
1news.az-a səfirlikdən verilən məlumata görə, səfər Meksika və Azərbaycan arasında ticari əlaqələri təşviq etmək məqsədilə həyata keçirilib.
Milli Tekila Sənaye Palatasının (CNIT) nümayəndəsi və 6 Meksika şirkətinin nümayəndəsindən ibarət olan nümayəndə heyəti yerli iş adamları ilə bir sıra görüşlər, dequstasiyalar keçirib, yerli idxalçı və distribyutorlarla uğurlu danışıqlar aparıblar.
Missiya satış öhdəliklərinin qeyd olunmasını təşviq edir, bu da ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsinə səbəb olacaqdır.
Son illər ərzində Meksika və Azərbaycan arasında ticarət həcmi əhəmiyyətli dərəcədə artıb, bu artıma hər iki ölkədə səfirliklərin açılması müsbət təsir göstərib.
Meksika İqtisadiyyat Nazirliyinin məlumatlarına görə, 1993-2014-cü illər arasında Meksika və Azərbaycan arasında orta illik ticarət dövriyyəsi 1,2 milyon ABŞ dollar təşkil edib, 2015-2017-ci illər arasında isə orta hesabla 9,6 milyon ABŞ dollarından daha üstün olub, bu da səkkiz dəfə artım deməkdir. 2018-ci ilin yanvar-fevral aylarının ticarət məlumatlarına əsasən, əgər trend və qeydə alınmış dinamiklik davam edərsə, ikitərəfli ticarət bir il ərzində 100% -dən çox arta bilər, ki, bunun da 25 milyon ABŞ dollarını keçə biləcəyini proqnozlaşdırmaq olar.
Satılan məhsullar arasında boru, maşın, turizm avtobusları, motorlu qayıqlar, hake, pivə və s. məhsullar vardır. Azərbaycanlı iş adamları ilə aparılan uğurlu görüşlər nəticəsində tekila ixracının artması Meksika ilə Azərbaycan arasındakı artan və dinamik kommersiya əlaqələrinin güclənməsinə kömək edəcəkdir.
Tekila Meksikanın dünya uzrə təmsil edən içkidir. Bu içki meksikalıların şənlikləri və ənənələri ilə əlaqələndirilir. Tekila dezinfeksiyaedici, antiseptik, laksatif və diüretik kimi dərman xassələri olan bir bitki olan aqave bitkisindən hazirlanir. Bu bitki əsasən Qərbi Meksika, Xalisco əyalətində və xüsusilə Tequila şəhərində böyüyür. Tekilanın Aqave landşaft və qədim sənaye müəssisələri Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən 12 iyul 2006-cı ildə Dünya İrs Siyahısı elan edilib.
Bu Meksika içkisinin 2 çeşidi var: "Tekila" və "100%lik aqavedən hazırlanan Tekila". Aqavedən hazirlanması səbəbindən tekilada kalorilər azdır, ve o yağları həll edir və müxtəlif müalicəvi xüsusiyyətlərə malikdir.
P.Sultanova