Bakıda novbəti Aİ - Azərbaycan biznes forumu keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda novbəti Aİ - Azərbaycan biznes forumu keçiriləcək

12:36 - 02 / 05 / 2018
Bakıda novbəti Aİ - Azərbaycan biznes forumu keçiriləcək

İyunun 5-də Bakıda Avropa İttifaqı-Azərbaycan biznes forumu keçiriləcək.

1news.az xəbər verir ki, bu, sayca dördüncü biznes forumdur.

Aİ-nin bununla bağlı açıqlamasında deyilir ki, son illərdə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə və ixracın stimullaşdırılmasına yönəlmiş iqtisadi islahatlar sürətlənib:

“Biznes forumda biz son inkişafları və Azərbaycan iqtisadiyyatında mövcud vəziyyəti müzakirə edəcəyik. Bu islahatların və inkişafın biznes mühitinin yaxşılaşdırılmasına necə təsir etməsi ətrafında da fikir mübadiləsi aparılacaq”.

P.Sultanova

Paylaş:
646

Son xəbərlər

Bütün xəbərlər