Şərab ixracı 2025-ci ilədək 5 dəfə artacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Şərab ixracı 2025-ci ilədək 5 dəfə artacaq

17:04 - 03 / 05 / 2018
Şərab ixracı 2025-ci ilədək 5 dəfə artacaq

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda şərab və şərabçılıq məhsullarının istehsalı 2017-ci ildə 1 milyon dekalitri ötmüşdür ki, onun da 375 min dekalitri ixrac edilib. Belə ki, ölkəmizdən şərab məhsulları, əsasən, Rusiyaya (338 min dekalitr) və Çinə (27 min dekalitr) göndərilib.

1news.az-ın məlumatına görə, bu barədə 2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramında qeyd olunub.

Aparılan təhlillər göstərir ki, istehsalın həcmi ölkədə fəaliyyət göstərən şərabçılıq müəssisələrinin faktiki potensialından dəfələrlə azdır. Mövcud vəziyyətə, ilk növbədə, şərabın əsas xammalını təşkil edən üzümün maya dəyərinin yüksək olması təsir edir. Bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən subsidiya məbləğinin kompensasiya payı isə son qiymətlərin formalaşdırılmasında hər zaman yüksək deyil.

Azərbaycan Respublikasının mülkiyyəti hesab edilən əmtəə nişanlarının müəyyənləşdirilməsi və üzüm bağlarının növünə (süfrə və texniki), sortuna (“Mədrəsə”, “Kaberne” və s.) və coğrafiyasına uyğun olaraq inventarizasiyası lazımi səviyyədə təşkil edilməmişdir. Eyni zamanda, ölkədə üzüm tinglərinə olan ehtiyacın daxili imkanlar hesabına ödənilməsi işi gücləndirilməlidir. Əvvəllər Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu daxilində müvafiq məntəqələr fəaliyyət göstərsə də, hazırda onların əsaslı bərpasına ehtiyac var.

Dövlət Proqramında bildirilir ki, maliyyə resurslarının çatışmazlığı və şərab istehsalçılarının zəruri maliyyə mənbələrinə çıxışının lazımi səviyyədə olmaması da şərab istehsalı müəssisələrinin potensialının maksimum səviyyədə reallaşdırılmasına imkan vermir.

Digər tərəfdən, ölkədə istehsal edilən şərab növlərinin sayı kifayət qədər çox olsa da, onların brendləşdirilməsi istiqamətində görülən işlər lazımi səviyyədə deyil. Bu sahədə mütərəqqi beynəlxalq təcrübəni öyrənməklə milli şərab brendlərinin formalaşdırılması və onların qlobal arenada təbliği artıq müasir dövrün tələbidir.

Son illərdə dünya bazarında aşağı keyfiyyətli şərab məhsullarının həcminin artması səbəbindən, bu cür məhsullardan daxili bazarın və ölkə əhalisinin sağlamlığının qorunması vacib məsələlərdən biridir.

Eyni zamanda, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçiddə avtomobil aksiz postunun olmaması, eləcə də şərab və şərabçılıq məhsullarını daşıyan xüsusi vaqon (sistern) parkının, həmçinin yerli şərab şüşələrinin və markalarının, şərabçılıq üzrə milli normativ texniki sənədlərin (DÖST, AZS milli standartları) müasir tələblərə tam şəkildə cavab verməməsi kimi problemlər şərab məhsullarının ölkədən ixracını məhdudlaşdırır.

Ümumiyyətlə, ölkədə istehsal olunan şərab və şərabçılıq məhsullarının daxili tələbatdan artıq olması, həmin məhsulların xarici bazarlara çıxarılması ilə bağlı bəzi problemlər bir sıra hallarda müəssisələri istehsal edilmiş şərabçılıq məhsullarını konyak spirti istehsalına yönəltməyə məcbur edir.

“2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” bu sahədə mövcud problemlərin həllinə, ölkədə müvafiq istiqamətdə aparılan işlərin daha da sürətləndirilməsinə və şərabçılığın gələcək inkişafına töhfə verəcək.

Dövlət Proqramının məqsədi şərab və şərabçılıq məhsullarına tələbatın ortamüddətli perspektivdə yerli ehtiyac və ixracat imkanları nəzərə alınmaqla ödənilməsi, şərab istehsalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və müasir texnologiyalar əsasında qurulması, xammal təminatının yaxşılaşdırılması, şərabçılıq məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə üzümçülüyün və şərabçılığın inkişafını stimullaşdırmaqdan ibarətdir.

Bu məqsədə nail olmaq üçün şərab və şərabçılıq məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi, şərab istehsalı və ixracının artırılması, ixrac bazarlarının diversifikasiyası, istehlak bazarında və idxalda keyfiyyətsiz məhsullara qarşı mübarizənin gücləndirilməsi və digər tədbirlər nəzərdə tutulur.

Dövlət proqramının uğurla həyata keçirilməsi nəticəsində şərab və şərabçılıq məhsullarının rəqabət qabiliyyəti yüksəldiləcəyi, şərabçılıq müəssisələrinin istehsal potensialından maksimum səviyyədə istifadə etməklə ölkədə şərab ixracının 2025-ci ilədək 5 dəfə artırılacağı gözlənilir.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 3-də “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.

1news.az

Paylaş:
1238

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər