Şamaxıda çayın qırağına tullantı boşaldan sürücü polisə verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxıda çayın qırağına tullantı boşaldan sürücü polisə verildi

17:11 - 03 / 05 / 2018
Şamaxıda çayın qırağına tullantı boşaldan sürücü polisə verildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Şamaxı rayonu ərazisində “Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, reyd zamanı “Mercedes” markalı 50 CL-474 nömrəli dövlət qeydiyyat nişanlı yük avtomobilinin rayonun Zoğalavay çayı ərazisinə heyvandarlıq təsərrüfatında formalaşan tullantıları boşaltdığı aşkar olunub.

Avtomobilin sürücüsü sənəd təqdim etməkdən imtina edib. Faktla bağlı akt tərtib olunub.

Qanun pozucusunun şəxsiyyətinin müəyyən olunması üçün məktubla Şamaxı rayon Polis Şöbəsinə müraciət edilib.

1news.az

Paylaş:
500

Son xəbərlər

Bütün xəbərlər