Bu il 206 çoxmərtəbəli bina qazlaşdırılıb
Bu ilin yanvar-aprel aylarında 206 çoxmərtəbəli binaya təbii qaz verilib.
1news.az-ın “Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, birlik çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Görülmüş işlərin nəticəsidir ki, birlik 2018-ci ilin yanvar-aprel ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 206 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 10 min 558 ailə yaşayır.
“Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.
1news.az