“Azərişıq”ın strukturunda “Perspektiv İnkişaf və “ASAN Xidmət”lə iş idarəsi” yaradılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azərişıq”ın strukturunda “Perspektiv İnkişaf və “ASAN Xidmət”lə iş idarəsi” yaradılıb

16:58 - 04 / 05 / 2018
“Azərişıq”ın strukturunda “Perspektiv İnkişaf və “ASAN Xidmət”lə iş idarəsi” yaradılıb

Aprel ayında sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün “Azərişıq” ASC-yə “ASAN Xidmət” və “ASAN Kommunal” Mərkəzləri vasitəsilə rekord sayda müraciət daxil olub.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə, sahibkarların elektrik şəbəkəsinə qoşulması ilə bağlı müraciətlərinin sayı 4 dəfə artıb. Bu ilin aprel ayında 400-ə yaxın sahibkar elektrik şəbəkəsinə qoşulmaqla bağlı “Azərişıq” ASC-yə müraciət edib.

Ötən ilin aprel ayından bu günə 150 kilovata qədər sahibkarlıq obyektlərinin mövcud 0,4 kilovoltluq elektrik şəbəkəsinə qoşulması üçün texniki şərtlərin yalnız “ASAN Kommunal” və “ASAN Xidmət” Mərkəzləri vasitəsilə verilməsinə dair prezident sərəncamı ilə bağlıdır. İşin operativ və səmərəli aparılması üçün “Azərişıq” ASC-nin strukturunda “Perspektiv İnkişaf və "ASAN Xidmət"lə iş idarəsi” yaradılıb.

“Azərişıq” ASC-nin elektron xəritəsinin imkanlarından istifadə olunmaqla “ASAN xidmət” Mərkəzlərində əraziyə getmədən, dərhal yerindəcə məkanın coğrafi mövqelərinin müəyyən edilməsi, ölçülmələrin aparılması və iş planı layihələndirilərək sənədləşmənin aparılması təmin edilib. “Azərişıq” ASC-nin rəsmi saytında “Elektrik şəbəkəsinə necə qoşulaq” adlı xüsusi bölmə yaradılıb və texniki şərtlərin verilməsinin yenilənmiş qaydaları əks olunub.

Əvvəllər elektrik şəbəkəsinə qoşulma ilə bağlı sahibkarların müraciəti paytaxtdakı “ASAN Kommunal” Mərkəzlərində qəbul olunurdusa, ötən ilin sonundan etibarən ölkənin bütün regionlarında fəaliyyət göstərən “ASAN Xidmət” mərkəzlərində sahibkarların müraciətləri qəbul edilir. Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurları 7-dən 3-ə salınmış, şəbəkəyə qoşulma müddəti isə 69 gündən 24 günə endirilib.

Qeyd edək ki, həyata keçirilən bütün bu islahatlar, struktur dəyişikliklər, yeniliklər barədə KİV vasitəsilə ictimaiyyət məlumatlandırılıb. Mətbuat konfransları, brifinqlər təşkil olunub ki, bütün bunlar da öz bəhrəsini verib.

1news.az

Paylaş:
829

Son xəbərlər

"Azerbaijan Green Energy Company" MMC COP29-da bərpa olunan enerjiyə yatırımlar istiqamətində panel müzakirəsi təşkil edib - FOTO17 / 11 / 2024, 13:18ASCO-nun sayca beşinci Dayanıqlı inkişaf haqqında hesabatı dərc olunub16 / 11 / 2024, 22:436 gündür Bakıda COP29 həyəcanı davam edir - FOTOREPORTAJ16 / 11 / 2024, 20:13“Qanlıgöl” sututarında təmir-bərpa işləri aparılıb16 / 11 / 2024, 18:07“Barselona” prezidenti Bakıda16 / 11 / 2024, 17:42Biləsuvar sakini Qubadlıda hündürlükdən yıxılaraq ölüb16 / 11 / 2024, 17:20Bakıda daha iki avtobus marşrutunun fəaliyyəti bərpa edilir16 / 11 / 2024, 17:00İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib16 / 11 / 2024, 16:39COP29 ilə Qlobal iqlim diplomatiyası: “Yaşıl enerji” dialoqları16 / 11 / 2024, 16:21İçərişəhərdə uşaqların COP29-a həsr etdikləri ““Planet ilə söhbət” sərgisinin açılışı olub - FOTO16 / 11 / 2024, 16:07Kəmaləddin Heydərov İnam Heydər Maliklə görüşdü16 / 11 / 2024, 15:55ABB mobile tətbiqi ilə karbon izini nəzarətdə saxla! - FOTO16 / 11 / 2024, 15:37Kamran Əliyev Gürcüstanın Baş prokuroru ilə görüşüb16 / 11 / 2024, 15:1420 yaşlı qadın körpəsini itirdi16 / 11 / 2024, 14:55“Brilyant əl” filminin məşhur aktrisası vəfat edib16 / 11 / 2024, 14:29COP29-da Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib - FOTO16 / 11 / 2024, 14:12BDU-nun dosenti Feyruz Həsənov vəfat edib16 / 11 / 2024, 13:49Türkiyədə zəlzələ olub16 / 11 / 2024, 13:34Anar Məmmədov Samuxda vətəndaş qəbulunda16 / 11 / 2024, 13:20Tərtərdə polis əməkdaşı vəfat edib16 / 11 / 2024, 12:51
Bütün xəbərlər