“İrs-Heritage” jurnalının növbəti buraxılışı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

“İrs-Heritage” jurnalının növbəti buraxılışı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub

15:49 - 05 / 05 / 2018
“İrs-Heritage” jurnalının növbəti buraxılışı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub

Azərbaycanın tarixini, mədəniyyətini, etnoqrafiyasını xarici ölkələrdə tanıtmağı qarşısına məqsəd qoyan “İrs” jurnalı 16 ilə yaxındır ki, çap olunur və 170-dən çox ölkədə müxtəlif dillərdə oxuculara təqdim edilir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, jurnalın ingilisdilli versiyası - “İrs-Heritage”in növbəti buraxılışı bütövlükdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Faktlarla zəngin jurnalda arxiv materiallarından və xarici mütəxəssislərin müəllifi olduğu məqalələrdən geniş istifadə edilib, Fransa, Böyük Britaniya, İtaliya, İsrail, Türkiyə və Rusiyadan olan ekspertlərin fikirlərinə xüsusi yer ayrılıb. Müxtəlif başlıqlı məqalələrdə Azərbaycan Xalq Cümhuriyyətinin əsas nailiyyətləri, Milli Təhlükəsizlik Konsepsiyası, Azərbaycanın dövlət müstəqilliyinin tanınması, dövlətçiliyin yaradılması, ordu quruculuğu, mədəniyyət sahəsinin inkişafı, Cümhuriyyətin yaradılmasının təməlində duran şəxsiyyətlər barədə ətraflı məlumatlar əksini tapıb.

Jurnalda 1917-ci ilin fevralından 1918-ci ilin mayınadək olan müddətdə imperial vilayətdən parlament respublikasınadək keçən yola nəzər salınıb, həmin dövrdə cərəyan edən proseslərə toxunulub.

Azərbaycan Xalq Cümhuriyyətinin əsas nailiyyətlərindən danışılan məqalədə isə Cümhuriyyətin xəritəsi təsvir olunub, Nazirlər Kabinetinin yaradılmasından bəhs edilib. Bildirilib ki, Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşib, bayraq, himn və gerbi yaradılıb, ana dili dövlət dili elan olunub.

“1918-1919-cu illərdə Dövlət Bəyannaməsində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası”, “Paris Sülh Konfransında Azərbaycanın dövlət müstəqilliyinin tanınması tarixi”, “Demokratik respublikanın Qarabağ və Zəngəzur uğrunda diplomatik mübarizəsi” və “Qafqaz Ermənistanında qaçqınların məskunlaşması” adlı məqalələrdə Azərbaycanın tarix üzrə fəlsəfə doktorlarının araşdırmaları yer alıb.

Azərbaycanın ordu quruculuğu bölməsində isə bildirilir ki, ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edilib, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradılıb.

Jurnalda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli Xan Xoyski, parlamentin sədri Əlimərdan bəy Topçubaşov haqqında məqalələr də əksini tapıb. Azərbaycanın zəngin mədəniyyətindən bəhs edilən yazıda isə ecazkar musiqimizdən, dahi bəstəkar Üzeyir Hacibəylinin əvəzolunmaz əsərlərindən, musiqi teatrının inkişafından söhbət açılıb. Həmçinin Azərbaycanın milli rəmzi olan dövlət bayrağı haqqında dolğun məlumat verilib, jurnalda ilk poçt markaları və istifadədə olan əsginaslar çap olunub.

Beynəlxalq jurnalda alman, ingilis, italyan, rus və türk ekspertlərin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məqalələri xüsusi maraq kəsb edir. Britaniyalı ekspert İan Pertin “Həmidə xanım - zamanın və millətinin qadını” məqaləsində vurğulanıb ki, müstəqilliyinin qısa sürməsinə baxmayaraq, həmin dövrdə bir çox mühüm işlər görüldü. Qadınlara seçib-seçilmək hüququnun verilməsini isə xüsusilə qeyd etmək lazımdır.

Alman mütəxəssislər Matias Dornfeldt və Enriko Sivaldın araşdırmalarında isə Azərbaycan Xalq Cümhuriyyətinin Almaniyanın nəzər-nöqtəsində olmasından danışılır. İtaliyali ekspert Daniel Pommier Vinçellinin yazısında İtaliya və Azərbaycanın münasibətlərinə diqqət çəkilir.

Jurnala Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan və baş prodüseri Arzu Əliyeva olan “Əbədi ezamiyyət” sənədli filminin ingilis dilinə tərcümə edilən diski də əlavə olunub. Xatırladaq ki, filmdə Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs olunur.

S.Xankişiyeva

 

Paylaş:
694

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər