ETSN: Bakının 3 rayonunda havada olan qaz qarışıqları norma həddini keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

ETSN: Bakının 3 rayonunda havada olan qaz qarışıqları norma həddini keçib

12:51 - 05 / 05 / 2018
ETSN: Bakının 3 rayonunda havada olan qaz qarışıqları norma həddini keçib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri Bakının bəzi rayonlarında xoşagəlməz qoxu ilə bağlı operativ monitorinq keçirib, atmosfer havasından nümunələr götürüb və analizlər aparıb.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, analizlərin nəticələrinə görə atmosfer havasında olan qaz qarışıqlarının sanitar norma həddini keçdiyi məlum olub.

“4 may tarixində Bakı şəhərində qaz qarışıqlarının səpələnməsi üçün əlverişsiz olan hava şəraiti müşahidə edilib. Qoxu əsasən Xətai, Səbayıl, Nizami rayonlarının ərazilərində hiss olunub. Monitorinqin nəticələrinə görə havada qaz qarışıqları orta hesabla normadan 3 dəfə çox qeydə alınıb və pis qoxu ilə müşayiət  edilib”, - məlumatda bildirilib.

S.Xankişiyeva

 

Paylaş:
493

Son xəbərlər

Bütün xəbərlər