Ağac kəsən şəxs cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağac kəsən şəxs cərimələndi

17:37 - 07 / 05 / 2018
Ağac kəsən şəxs cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, reyd zamanı Xətai rayonu Sarayevo küçəsi ilə M.Hadi küçələrinin kəsişməsində  yaş köküstə 26 sm diametrliyində 1 ədəd Şərq çinarı ağacının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacın Bakı şəhər sakini Emin Dadaşov tərəfindən kəsildiyi və təbiətə 750 manat ziyan dəydiyi məlum olub. Faktla bağlı protokol tərtib olunub və qanun pozucusu fiziki şəxs qismində 2000 manat məbləğində cərimə edilib.

1news.az

Paylaş:
324

Son xəbərlər

Bütün xəbərlər