Bakı Ali Neft Məktəbində SPM-in “M3” qrupunun açılışı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbində SPM-in “M3” qrupunun açılışı olub

11:37 - 07 / 05 / 2018
Bakı Ali Neft Məktəbində SPM-in “M3” qrupunun açılışı olub

Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən və  ABŞ-ın Corc Vaşinqton Universitetinin  magistr proqramı əsasında tədris edilən Layihə  İdarəetmə Məktəbinin (SPM) yeni “M3” qrupunun açılış mərasimi keçirilib.

1news.az-a Ali Məktəbdən verilən məlumata görə, BANM-ın kampusunda təşkil edilən açılış mərasimində iştirak edən  rektor Elmar Qasımov “M3” qrupunun Layihə İdarəetmə Məktəbinin BANM-da artıq beşinci uğurlu qrup olduğunu bildirib. Rektor qeyd edib ki, ötən ay SPM-in ilk iki qrupunun təntənəli “Məzun Günü” keçirilib, proqramı uğurla bitirən iştirakçılara ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatları təqdim edilib. “Əminəm ki, burada vaxtın idarə olunması, risklərin idarə olunması, danışıqların aparılması, liderlik və s. modullar üzrə əldə etdiyiniz biliklər bir menecer olaraq sizə həm işinizdə, həm də şəxsi həyatınızdakı  planlarınızda çox kömək olacaqdır.”-deyə Elmar Qasımov bildirib. 

Daha sonra ölkənin aparıcı şirkətlərinin rəhbər nümayəndələrindən ibarət olan iştirakçıların hər biri özləri haqqında qısa təqdimat ediblər.

Rektor Elmar Qasımov açılış mərasimində hər bir iştirakçı ilə yaxından tanış olub və təlim proqramını uğurla başa vurmağı arzulayıb.

Layihə İdarəetmə Məktəbinin yeni, 26 nəfərdən ibarət olan “M3” qrupunun iştirakçıları sırasına SOCAR, BP, Azeriqaz, Azərsu, Azneft, Expro Eurasia, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, AzerTürk Bank və SOCAR AQŞ kimi şirkətlərin əməkdaşları daxildir.  

Qeyd edək ki, SPM proqramı layihələrin beynəlxalq standartlar əsasında idarə olunması ilə bağlı yerli tələbi ödəmək üçün unikal təlim proqramıdır. Proqramı uğurla bitirən  iştirakçılar ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatını əldə edirlər. SPM 7 layihə həcminin idarə olunması, vaxtın idarə olunması, keyfiyyətin idarə olunması, büdcənin idarə olunması, əmək resurlarının idarə olunması, riskin idarə olunması, layihə menecerləri üçün danışıqların aparılması bacarıqları adlanan 7 moduldan ibarətdir.

1news.az

Paylaş:
361

Son xəbərlər

Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04Bazar gününün hava proqnozu04 / 05 / 2024, 12:49
Bütün xəbərlər