Kolumbiyadan Azərbaycana güllər gətirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kolumbiyadan Azərbaycana güllər gətirilir - FOTO

13:11 - 08 / 05 / 2018
Kolumbiyadan  Azərbaycana güllər gətirilir - FOTO

Kolumbiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə artıq bu ölkədən Bakıya güllər gətirilir.

Bu barədə 1news.az-a Kolumbiya səfirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, Azərbaycanda  keçirilən 14 Fevral Sevgililər günü, 8 Mart Beynəlxalq Qadınlar Günü Kolumbiyadan gətirilən güllərlə qeyd edilib.

10 may ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü tədbirləri də bu güllərlə qeyd ediləcək. 

Azərbaycanın gül şirkəti müxtəlif çeşidli Kolumbiya güllərini Bakıya idxal edir. Bular Pompon, Alstromeliya, Xrizantema, Qızılgül, Qərənfil və Gipsofilya.

Bu güllərin Bakıya gətirilməsi hələ ilkin addımdır, gələcəkdə daha çox çeşidli güllər gətirilməsi nəzərdə tutulub. Azərbaycanın digər qonşu ölkələrə güllərin göndərilməsi istiqamətində hub ölkəyə çevrilməsi planlaşdırılır.

P.Sultanova

Paylaş:
1388

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər