Azərbaycandan keçməklə Çindən Avropaya daşınan yüklərin həcmi 5,2 dəfə artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycandan keçməklə Çindən Avropaya daşınan yüklərin həcmi 5,2 dəfə artıb

15:01 - 08 / 05 / 2018
Azərbaycandan keçməklə Çindən Avropaya daşınan yüklərin həcmi 5,2 dəfə artıb

2018-ci ilin birinci rübündə "Trans-Xəzər Nəqliyyat Marşrutu" ilə Çindən Avropaya daşınan yüklərin həcmi 5,2 dəfə artıb.

1news.az  xəbər verir ki, bu barədə “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin rəhbəri Kanat Alpısbayev “Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu” Assosiasiyasının Bakıda keçirilən tədbirində deyib.

O bildirib ki, bu ilin yanvar-mart aylarında "Trans-Xəzər Nəqliyyat Marşrutu" ilə 302 min ton yük daşınıb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 8 faiz artım deməkdir.

1news.az 

Paylaş:
437

Son xəbərlər

Bütün xəbərlər