BANM və Kompleks Qazma İşləri Tresti arasında razılaşma imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM və Kompleks Qazma İşləri Tresti arasında razılaşma imzalanıb

10:46 - 08 / 05 / 2018
BANM və Kompleks Qazma İşləri Tresti arasında razılaşma imzalanıb

Bakı Ali Neft Məktəbində (BANM) Kompleks Qazma İşləri Trestinin (KQİT) müdiri ilə Ali Məktəbin 4-cü və 5-ci kurs tələbələri arasında görüş keçirildı. Görüş zamanı həmçinin BANM-ın rektoru Elmar Qasımov və  KQİT-nin müdiri İskəndər Şirəli iki müəssisə arasında əməkdaşlıq haqqında razılaşma imzaladılar.

1news.az xəbər verir ki, tədbiri açan Ali Məktəbin rektoru Elmar Qasımov SOCAR-ın Kompleks Qazma İşləri Tresti ilə BANM arasında yaranmış əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bildirdi ki, bu əməkdaşlıqdan hər iki müəssisə yararlanacaq. Rektor həmçinin Trestin BANM və onun tələbələrinə olan diqqətini yüksək qiymətləndirərək KQİT-nin müdiri İskəndər Şirəli və onun rəhbərlik etdiyi nümayəndə heyətinə təşəkkür etdi.   

KQİT-nin müdiri İskəndər Şirəli tələbələri salamlayaraq onlarla görüşməkdən böyük zövq aldığını bildirdi. Həyatının böyük hissəsini qazma işlərinə sərf edən Trestin müdiri, ilk öncə tələbələrə öz həyat təcrübəsindən danışdı. Daha sonra O, Trestin strukturu, orada fəaliyyət göstərən şöbələrin iş prinsipi, gələcək planları, qazılmaqda olan və qazılması planlaşdırılan yataqlar və buradakı dünya standartlarına cavab verən maddi-texniki baza və avadanlıqlar haqqında məlumat verdi. Hazırda Trestin geoloq, qazmaçı, mexanik kimi mütəxəssislərə böyük ehtiyacı olduğunu bildirən rəhbər, həmin vakant yerlərdə BANM-ın bu il məzun olacaq tələbələrini görmək istədiyini bildirdi. Ali Məktəbin tələbələrinin neft-qaz sektoru üzrə ölkəmizdə ən savadlı kadr olaraq yetişdirildiklərini vurğulayan İskəndər Şirəli KQİT tərəfindən onlara lazımı dəstək və şərait yaradılacağını da bildirdi.    

Daha sonra tərəflər arasında əməkdaşlıq haqqında razılaşma imzalandı. Razılaşmanın şərtlərinə əsasən  BANM KQİT-ni müxtəlif vəsaitlərlə (ingilis dilli ədəbiyyat, audio və video materiallar, kitabxanaya giriş, BANM-ın müəllimləri tərəfindən təlimlər və sair.) təmin edəcək. Razılaşmada həmçinin KQİT-nin bəzi mütəxəssislərinin müəllim kimi tədris proqramına cəlb edilməsi, eyni zamanda BANM-ın tələbələrinin KQİT-nin iş sahələrində istehsalat təcrübəsi keçmələri və onlar üçün iş imkanlarının yaradılması, BANM-ın tələbələri üçün yay təcrübə proqramlarının təşkil olunması məsələləri yer alıb.

Tədbir zamanı Ali Məktəbin rektoru Elmar Qasımov KQİT-nin müdiri İskəndər Şirəlini BANM-ın Fəxri Qonağı Diplomu ilə təltif etdi.

Görüşdə Ali Məktəbin tələbələri İskəndər Şirəliyə Trestin yaxın gələcəkdə planlaşdırılan layihələrindən, şirkətin bu il və bundan sonrakı illərdə əmək ehtiyatlarına olan tələbatından, şirkətin işçiləri üçün yaratdığı şəraitdən, KQİT-ni sektor üzrə digər müəssisələrdən fərqləndirən cəhətlərindən və digər onları maraqlandıran məqamlardan suallar ünvanladılar.

Görüşdən dərhal sonra KQİT-nin məsul əməkdaşları Trestdə istehsalat təcrübə proqramına qoşulmaq istəyən 4-cü kurs tələbələri və həmçinin burada çalışmaq istəyən 5-ci kurs tələbələrinin qeydiyyatını apararaq növbəti mərhələ üçün  hazırlıq işlərini görüblər.

Qeyd edək ki, Kompleks Qazma İşləri Tresti ölkənin quru və dəniz əraziləri üzrə SOCAR-a məxsus 25-ə yaxın yataqda beynəlxalq standartların tələblərinə uyğun olaraq yeni texniki vasitələr və texnologiyadan istifadə etməklə, ətraf mühitə ziyan vurmadan, işçilərin sağlamlığını qoruyan tam təhlükəsiz əmək şəraitində, yüksək səviyyədə istehsalat və inzibati nizam-intizam qaydalarına riayət edilməklə axtarış-kəşfiyyat və istismar qazma işlərini aparır. 

1news.az

 

Paylaş:
443

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər