Dərbənddə azərbaycanlı qəhrəman Şəmsulla Əliyevin xatirə lövhəsi açılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dərbənddə azərbaycanlı qəhrəman Şəmsulla Əliyevin xatirə lövhəsi açılıb – FOTO

16:25 - 09 / 05 / 2018
Dərbənddə azərbaycanlı qəhrəman Şəmsulla Əliyevin xatirə lövhəsi açılıb – FOTO

Dərbənddə azərbaycanlı qəhrəman kapitan Şəmsulla Əliyevin xatirə lövhəsinin açılışı münasibətilə təntənəli mitinq təşkil olunub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Dərbənddə anadan olan Şəmsulla Əliyev 1942-ci ildə Qızıl Orduya çağırılıb.

Elə həmin il o, Bakı hərbi piyada qoşunları məktəbinin tezləşdirilmiş kursunu bitirib. 1942-ci ilin sentyabrından Böyük Vətən müharibəsində Şimali Qafqaz hərbi əməliyyatlarında iştirak edən Ş.Əliyev igidlik və şücaətinə görə iki döyüş ordeni ilə təltif edilib. Kapitan Əliyev 1943-cü ilin payızında Kerç yarımadasında gedən döyüşlərdə xüsusilə fərqlənib. Müharibə meydanının genişləndirilməsi uğrunda gedən döyüşlərdə Şəmsulla dəfələrlə batalyonu hücuma qaldırıb. Düşmənin iki müdafiə xəttini keçən desantçılar Kirov və Voykov adına zavodların ərazisinə daxil olublar.

Noyabrın 19-da kapitan Ş.Əliyev Kerç yaxınlığında gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub. SSRİ Ali Soveti Rəyasət Heyətinin 16 may 1944-cü il tarixli Fərmanı ilə kapitan Əliyev Şəmsulla Feyzulla oğlu komandanlığın tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə və alman-faşist işğalçılarına qarşı döyüşlərdə göstərdiyi mərdlik və igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına (ölümündən sonra) layiq görülüb.

Tədbirdə “Dərbənd şəhəri” ərazi vahidinin başçısı Enrik Müslümov, Deputatlar Məclisinin sədri Mövsüm Rəhimov, Dərbənd şəhər azərbaycanlılarının milli-mədəni muxtariyyətinin sədri Telman Tahirli, “Dədə Qorqud” xeyriyyə fondunun sədri Rafiq Mövsümov, şəhər administrasiyasının işçiləri, Şəhər Məclisinin deputatları, İctimai Palatanın və şəhər müəssisələrinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər Şəmsulla Əliyevin həyatı və döyüşdə göstərdiyi şücaətlərdən danışıblar.

S.Xankişiyeva

Paylaş:
479

Son xəbərlər

Azərbaycan XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 14:01SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!Bu gün, 13:49Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”Bu gün, 13:37Kəlbəcərdə yol qəzası olub, xəsarət alanlar varBu gün, 13:26Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşübBu gün, 13:13Əmtəə bazarlarında qızılın qiyməti cüzi artıbBu gün, 13:07Penitensiar xidmət və DİN əməliyyat keçirib, Şəmkirdə silah tapılıb - FOTOBu gün, 12:56İlham Əliyev polşalı həmkarını təbrik edibBu gün, 12:44Mülayim şimal küləyi əsəcək - Sabahın HAVASIBu gün, 12:42Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcəkBu gün, 12:39Azərbaycan hərbçilərinin də iştirak etdiyi “EFES - 2024” təlimi davam edir - FOTOBu gün, 12:28STM ilə Türkiyənin beyin mərkəzlərindən olan “Divan” arasında memorandum imzalanıbBu gün, 12:19“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıbBu gün, 11:55DYP “Təmiz hava” aylığı ilə bağlı müraciət edibBu gün, 11:50Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsinin spikerləri bəlli oldu!Bu gün, 11:34Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıbBu gün, 11:28“PAŞA Bank”a İnsan Resursları üzrə Baş Direktor təyin edilibBu gün, 11:23Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edibBu gün, 11:113-5 may tarixlərində İçərişəhərə giriş məhdudlaşdırılacaq - FOTOBu gün, 11:03Müəllimlərin sertifikatlaşdırma imtahanlarının vaxtları açıqlanıbBu gün, 10:52
Bütün xəbərlər