Səbaildəki yeni İdman parkı kütləvi yarışlar məkanına çevrilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Səbaildəki yeni İdman parkı kütləvi yarışlar məkanına çevrilib – FOTO

12:26 - 10 / 05 / 2018
Səbaildəki yeni İdman parkı kütləvi yarışlar məkanına çevrilib – FOTO

Səbail rayonu ərazisində yerləşən İdman və istirahət parkı artıq nəinki rayon sakinləri, eləcə də şəhərimizin digər yerlərində yaşayanların sevimli istirahət yerinə çevrilməkdədir.

1news.az-ın məlumatına görə, Səbail Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi layihə əsasında tikilmiş, 20-ci yaşayış sahəsi, Su İdmanı sarayı ilə üzbəüz 1,7 ha ərazidə yerləşən bu parkda 2 ədəd basketbol, 1 həndbol və mini fulbol meydançaları, açıq havada məşq etmək üçün  müxtəlif idman trenajorları qurulub, ekstremal idman növlərini sevən uşaq və yeniyetmələr üçün döşəməsinə xüsusi material vurulan skeytbordinq meydançası düzəldilib və gənc ekstremallar buraya gəlirlər.  Burada istər gənclər, istərsə də yaşlı nəsil nümayəndələri fəal məşq edirlər.

Yaxınlıqdaki məktəblərin kollektivləri bu parkda idmanın müxtəlif növləri üzrə yarışlara çıxırlar. Belə ki, burada basketbol, həndbol, voleybol, mini futbol və s. idman növləri üzrə yarışlar keçirməyə və məşq etməyə, ən əsası isə öz sağlamlıqlarını möhkəmləndirmək üçün idmanla məşğul olmağa hər cür şərait yaradılıb.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar parkda Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə kütləvi idman yarışları keçirilib. Yarışlar çərçivəsində 16 orta məktəbin komandası mini futbol üzrə turnirdə iştirak edib, turnirin qalibi 49 №-li “İntellekt”məktəb-liseyin komandası olub. 2-ci yerə 6 №-li məktəbin, 3-cü yerə isə 91 №-li məktəbin komandası çıxıb. Qaliblərə və mükafatçılara kubok və fəxri fərmanlar təqdim olunub.

Gələcəkdə də bu İdman Kompleksində kütləvi və fərdi yarışların keçirilməsi nəzərdə tutulub.

1news.az

Paylaş:
711

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər