Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin inkişafı müzakirə olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin inkişafı müzakirə olunub

09:42 - 11 / 05 / 2018
Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin inkişafı müzakirə olunub

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin federal ticarət naziri Pərviz Maliklə görüşüb.

1news.az-a ölkəmizin Pakistandakı səfirliyindən verilən məlumata görə, görüşdə iki ölkə arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, iqtisadi və ticari əlaqələrin daha da artırılması perspektivləri, mövcud potensialdan səmərəli istifadə olunması haqqında müzakirələr aparılıb.

Əlaqələrin inkişafında hər iki ölkənin müvafiq iqtisadi qurumları ilə yanaşı iş adamlarının da önəmli rolunun olduğu qeyd olunaraq biznes forumların və işgüzar görüşlərin intensivləşdirilməsi, ticarət dövriyyəsinin yüksəldilməsi istiqamətində səylərin artırılması haqqında fikir mübadiləsi aparılıb.

İki ölkə arasında 2017-ci ildə yaradılmış İqtisadiyyat və Ticarət üzrə birgə İşçi Qrupunun ilk iclasının Bakıda keçirildiyi vurğulanaraq növbəti iclasın İslamabadda təşkil olunması imkanları da görüşdə nəzərdən keçirilən məsələlərdən olub.

Səfir Əli Əlizadə Azərbaycanda iş adamları, xarici investorlar üçün yaradılan münbit şərait, nəqliyyat dəhlizləri, sənaye şəhərcikləri, investisiya parkları, istehsal müəssisələri və digər iqtisadi və ticari imkanlarldan Pakistanlı iş adamlarının yararlanması, eləcə də Pakistanın təklif etdiyi imkanlardan azərbaycanlı sahibkarların istifadə etməsi üçün səfirliyin səylərini artırdığını vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı səfərlərin həyata keçirilməsi və müqavilə-hüquq bazasının artırılması haqqında da fikir mübadiləsi aparılıb.

P.Sultanova

 

 

Paylaş:
529

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər