Mehdiabad və Digah qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Abşeron rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
1news.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumat veiblər.
Məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması işlərinin aparılması ilə əlaqədar 11 may tarixində gün ərzində Mehdiabad və Digah qəsəbələrinə, həmçinin Mehdiabad qəsəbəsindəki məcburi köçkün yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1news.az
362