BANM medianın marağını çəkən ikinci ali məktəb oldu | 1news.az | Xəbərlər
İqtisadiyyat

BANM medianın marağını çəkən ikinci ali məktəb oldu

10:46 - 11 / 05 / 2018
BANM medianın marağını çəkən ikinci ali məktəb oldu

Bakı Ali Neft Məktəbi (BANM) “Media Consulting Services” şirkətinin media monitorinq qrupu tərəfindən aparılan araşdırmalara əsasəna ayı üzrə ali təhsil müəssisələri arasında ikinci yeri tutub.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, BANM-ın aprel ayı üzrə media aktivliyi 904 olmuşdur. Media monitorinq qrupu 10 televiziya, 55 çap və 600 on-line media daxil olmaqla, 665-dən çox mənbəni, eyni zamanda sosial  şəbəkələri izləməklə bu nəticəyə gəlib.

Qeyd edək ki, ali təhsil müəssisələri üzrə media aktivlik mediaya daxil olan məlumatların kəmiyyət, keyfiyyət və məzmun üzrə təhlili nəticəsində hesablanılır.

S.Xankişiyeva

 

Paylaş:
392

Son xəbərlər

Bütün xəbərlər