Bakının bəzi ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bəzi ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

16:33 - 14 / 05 / 2018
Bakının bəzi ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu gün axşam saatlarında Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

1news.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin birgə məlumatında qeyd olunub.

Məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Xətai prospekti, Xətai prospektinin Heydər Əliyev prospektinə çıxan körpü və ətrafında, həmçinin Heydər Əliyev prospektindən Babək prospektinə çıxan körpü və ətrafında üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 14 may tarixində axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

Tam məhdudlaşdırma həmin hissələrində olan körpü üzərlərində tətbiq olunacaq və hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

1news.az

Paylaş:
346

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər