Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinə yeni direktor təyin olunub
Kənd təsərrüfatı naziri İnam Kərimov Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna (TETİ) gələrək İnstitutun yeni inzibati binasına və laboratoriyalarına, İsrailin “Breedit” şirkətinin layihəsi əsasında TETİ-də 6,14 ha ərazidə qurulan müasir istixana və 30 ha açıq sahə şəraitində beynəlxalq tələblərə uyğun olaraq tikilməkdə olan tərəvəz toxum istehsalı ərazilərinə baxış keçirib.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun alim və mütəxəssisləri ilə görüşən nazir onlara öz tapşırıq və tövsiyələrini verib. Nazir bildirib ki, institutlarımızın tədqiqatları ölkəmizin iqtisadi qüdrətinin güclənməsinə xidmət etməlidir.
Qeyd edək ki, nazir İ.Kərimovun əmri ilə institutun direktoru Ələddin Eyvazov Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunub.
1news.az