Azercell “Bakı Marafonu – 2018”-in eksklüziv tərəfdaşı oldu - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell “Bakı Marafonu – 2018”-in eksklüziv tərəfdaşı oldu - FOTO

17:30 - 14 / 05 / 2018
Azercell “Bakı Marafonu – 2018”-in eksklüziv tərəfdaşı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azercell Telekom-un eksklüziv tərəfdaşlığı ilə ölkəmizdə sağlam həyat tərzinin təbliği və idmanın inkişafına yönəlik “Bakı Marafonu-2018” yarışı uğurla baş tutdu. 18 minədək insanı öz ətrafına toplamış və “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu- 2018” mayın 13-də Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometrlik məsafəni əhatə etdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə keçirilən bu yarışa Azərbaycan vətəndaşları ilə yanaşı xarici vətəndaşlar da qatıldı.

Yarışının mükafatlandırma mərasimi Bakı Olimpiya Stadionunda baş tutdu. Belə ki, kişilər arasında Ukrayna vətəndaşı İqor Olefirenko birinci, iranlı Məhəmməd Cəfər Muradi ikinci, türkiyəli Ömər Alkanoğlu isə üçüncü yerə sahib çıxdı. Qadınların arasında isə Türkiyə vətəndaşı Çelik Fadimə birinci, ukraynalı Valentina Poltavska ikinci, Rusiyadan olan Anastasiya Petrova isə üçüncü yeri qazandı.

Marafonun əsas tərəfdaşı olan Azercell şirkətinin bənövşəyi rəngli köynəklərində yarışanlar arasında finişə çatan ilk üç nəfər- Namiq Əsədov, Samir Paşayev və Tural Sadıxlı da dəyərli hədiyyələrlə şirkət tərəfindən mükafatlandırıldılar.

“Bakı Marafonu -2018” tədbirinin keçirildiyi bütün ərazilərdə mükəmməl rabitənin təmin edilməsi məqsədilə Azercell Telekom şəbəkə tutumunu əlavə qurğular vasitəsilə daha da gücləndirmişdi.

Qeyd edək ki, Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev başda olmaqla 40-a yaxın Azercell əməkdaşı və 60-dan yuxarı Azercell-in korporativ müştərisi də yarışa qatılmışdı.

Xatırladaq ki, Azercelkl Telekom 2017-ci ilin sentyabr ayında Gəncə şəhərində keçirilmiş marafonun da əsas tərəfdaşı qismində çıxış etmişdi.   

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz      

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.  

Reklam hüququnda

 

Paylaş:
393

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər