Yevlax stansiyasında yeni yoldəyişənlər quraşdırılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yevlax stansiyasında yeni yoldəyişənlər quraşdırılır

17:54 - 14 / 05 / 2018
Yevlax stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir, Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr yol əsaslı təmir olunur.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildirilib ki, 2016-cı il sentyabr ayından etibarən 5 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu müəssisələri tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Xatırladaq ki, ilk belə yoldəyişən 2016-cı il sentyabrın 9-da quraşdırılıb və bu günə kimi 156 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Yevlax stansiyasında 7 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.

1news.az

Paylaş:
516

Son xəbərlər

Bütün xəbərlər