Beynəlxalq Qida Sənayesi və Kənd Təsərrüfatı sərgilərində 402 şirkət iştirak edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Beynəlxalq Qida Sənayesi və Kənd Təsərrüfatı sərgilərində 402 şirkət iştirak edəcək

17:57 - 15 / 05 / 2018
Beynəlxalq Qida Sənayesi və Kənd Təsərrüfatı sərgilərində 402 şirkət iştirak edəcək

Mayın 15-də 24-cü  Azərbaycan Beynəlxalq Qida Sənayesi, 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.

1news.az-ın məlumatına görə, mətbuat konfransında “ITE Group” şirkətinin regional direktoru Edvard Stroon bildirib ki, ötən illə müqayisədə builki sərgilərdə həm iştirakçıların sayı, həm də ekspozisiya sahəsi baxımından 12 faiz artım müşahidə olunur. E.Stroon bu il sərgilərdə dünyanın 10 ölkəsini təmsil edən 11 milli və regional qrupun iştirak etdiyini nəzərə çatdırıb.

Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya Təminatı və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov deyib ki, builki sərgilərdə 34 ölkədən 402 şirkət iştirak edir və bu şirkətlərin 70%-ni xarici, 30%-ni isə yerli istehsalçılar təşkil edirlər.

O, qeyd edib ki, belə mühüm tədbirlərin ölkəmizdə davamlı olaraq keçirilməsi Azərbaycanda aqrar sektorda əlverişli investisiya mühitinin və cəlbedici təşəbbüslərin beynəlxalq işguzar dairələrə çatdırılmasında və dünya iqtisadiyyatına inteqrasiyanın sürətləndirilməsində önəmli rol oynayır.

A.Hüseynov bildirib ki, təşkil edilən bu kimi sərgilər öz inkişaf mərhələsində olan kənd təsərrüfatı biznesi sahəsində yerli sahibkarlara yeni təcrübə qazandıracaq, ən son texnika və texnologiyalardan yararlanmaq imkanı verəcək. Nazirliyin təmsilçisi belə sərgilərin biznes əlaqələrinin qurulmasında və ölkəmizin ixrac potensialının artırılmasında öz töhfəsini verəcəyini vurğulayıb.

1news.az

Paylaş:
465

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər