Azərbaycandan elektrik enerjisinin ixracı 2,5 dəfədən çox artıb
Cari ilin yanvar-aprel aylarında Azərbaycandan 987 milyon 949 min kilovat/saat elektrik enerjisi ixrac olunub.
1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən 4 ayda ixrac olunan elektrik enerjisinin dəyəri 47 milyon 303 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2017-ci ilin müvafiq dövründə ölkədən 387 milyon 406 min kilovat/saat elektrik enerjisi ixrac edilib, ixracın dəyəri isə 16 milyon 535 min dollar olub.
Beləliklə də, bu ilin yanvar-aprel aylarında Azərbaycandan elektrik enerjisinin ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb.
1news.az
343