Paytaxtın Təbriz küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Paytaxtın Təbriz küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır

18:52 - 16 / 05 / 2018
Paytaxtın Təbriz küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır

Təmir işləri ilə əlaqədar, may ayının 16-dan 17-nə keçən gecədən etibarən paytaxtın Təbriz küçəsinin Tələt Şıxəliyev və Əbdüləzəl Dəmirçizadə küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.

Bu barədə 1news.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.

Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə edilir.

1news.az

Paylaş:
376

Son xəbərlər

Bütün xəbərlər