Zaqatalada 37,5 km-lik avtomobil yolu yenidən qurulur | 1news.az | Xəbərlər
İqtisadiyyat

Zaqatalada 37,5 km-lik avtomobil yolu yenidən qurulur

19:59 - 16 / 05 / 2018
Zaqatalada 37,5 km-lik avtomobil yolu yenidən qurulur

Zaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri yüksək keyfiyyətlə davam etdirilir.

1news.az-ın Avtomobil Yolları Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, 37.5 km uzunluğu olan sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.

Layihə çərçivəsində Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, yeni yatağın inşası üçün təqribən 30 km-lik məsafədən xüsusi çınqıl materialı gətirilir. Yol yatağının inşası yekunlaşmış hissələrdə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası işləri aparılır. Bundan başqa yol boyu çiyin hissələrin xüsusi qruntla bərkidilməsi, zəruri olan yerlərdə piyada səkilərinin inşası və kənarlarına səki daşlarının düzülməsi işləri də aparılır.

Bu işlərə paralel olaraq yol boyu süni qurğuların inşası müvəffəqiyyətlə aparılır. Belə ki, yolun altından suların ötürülməsi üçün artıq müxtəlif diametrli 25 ədəd borunun, həmçinin 1 ədəd 12 metrlik və 1 ədəd 18 metr uzunluğa malik avtomobil körpülərinin inşası işləri yekunlaşıb. 12 metr uzunluğa malik daha bir körpünün tikintisi isə yekunlaşmaq üzrədir. Bu istiqamətdə son tamamlanma işlər aparılır.

Yol əsası hazır olan hissələrin asfaltlanması işlərinə də başlanılıb. Yola iri və xırda dənəli qarışığından istifadə edilməklə  yeni asfalt-beton örtüyü döşənir. Bu çərçivədə yolun 220 min m2-dən çox hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllıqla aparılan tikinti işləri yol boyu yerləşən 7 yaşayış məntəqəsinin 23 min nəfər əhalisinin ürəyincədir. Çünki əsasən qış aylarında gediş-gəlişlə bağlı yaşadıqları problemlər artıq geridə qalır.

Ən əsası avtomobil yolunun müasir səviyyədə yenidən qurulması ilə Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunacaq, yük və sərnişin daşıması xeyli yaxşılaşacaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkanı yaranacaq. Bu isə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə birbaşa təsir edən turizm potensialını möhkəmləndirəcək və kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək.

1news.az

Paylaş:
363

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər