Azərbaycan “TIBO-2018” sərgi-forumunda milli pavilyonla təmsil olunur - FOTO
Azərbaycan "TIBO-2018" sərgi-forumunda milli pavilyonla təmsil olunur.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və qurumlarının təmsil olunduğu Azərbaycan nümayəndə heyəti Belarusun paytaxtı Minskdə keçirilən XXV "TIBO-2018" beynəlxalq telekommunikasiya sərgi-forumunda iştirak edir.
Nazirlikdən 1news.az-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə dövlət, özəl və qeyri-hökumət təşkilatlarından 30-a yaxın təmsilçi daxildir.
"TIBO-2018" sərgisində Azərbaycan da daxil olmaqla, dünyanın 15 ölkəsindən 100-dən çox şirkət iştirak edir.
Mayın 18-dək davam edəcək sərgiyə təşkil olunan VİP tur çərçivəsində Belarusun Baş naziri Andrey Kobyakov və digər rəsmi şəxslər Azərbaycan milli pavilyonuna baş çəkib, ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərlə tanış olublar.
Sərgi-forum Belarus Respublikasında hər il keçirilir, informasiya texnologiyaları sahəsində yeni nailiyyətlər və qabaqcıl təcrübə mübadilə üçün qlobal platforma hesab olunur.
1news.az