Fotorəssam Əqdəs Bağırzadənin Budapeştdə fərdi sərgisi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Fotorəssam Əqdəs Bağırzadənin Budapeştdə fərdi sərgisi açılıb

16:00 - 18 / 05 / 2018
Fotorəssam Əqdəs Bağırzadənin Budapeştdə fərdi sərgisi açılıb

Budapeşt şəhərinin tarixi hissəsində yerləşən məşhur qalereyada ölkəmizin Macarıstandakı səfirliyinin dəstəyi ilə  tanınmış azərbaycanlı fotorəssamı Əqdəs Bağırzadənin fərdi sərgisinin açılış mərasimi təşkil edilib.

1news.az xəbər verir ki, Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş və üç gün ərzində davam edəcək sərgidə müəllif dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”  operasının Bakı Kukla Teatrının səhnəsində nümayişi zamanı çəkdiyi maraqlı fotoları nümayiş etdirir.

Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Vilayət Quliyev cari ilin Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi ilə əlamətdar olduğunu bildirərək, sərginin məhz tarixi əhəmiyyət kəsb edən bu hadisəyə həsr edildiyini söyləyib. Həmçinin, 2018-ci ildə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının Bakı səhnəsində ilk nümayişinin 110 illiyinin tamam olduğunu qeyd edən səfir Vilayət Quliyev bu sərgi vasitəsi ilə qonaqların Azərbaycanın qədim mədəniyyəti və musiqisi barədə də məlumat əldə edə biləcəyini diqqətə çatdırıb.

Daha sonra, fotorəssam Əqdəs Bağırzadənin yaradıcılığı barədə qonaqları məlumatlandıran səfir Vilayət Quliyev Azərbaycanda və bir sıra xarici dövlətlərdə onun fərdi sərgilərinin təşkil olunduğunu və nümayiş olunan işlərin seyrçilərin marağını çəkdiyini deyib.

Azərbaycanın görməli yerləri barədə video-rolikin və milli musiqimizin müşayiəti ilə keçirilən sərgi qonaqlar tərəfindən maraqla seyr edilib.

Açılış mərasimində Budapeşt şəhərində akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin və mətbuatın nümayəndələri, habelə Azərbaycan diasporunun üzvləri və bu ölkədə təhsil alan Azərbaycanlı tələbələr iştirak edib.

1news.az

Paylaş:
350

Son xəbərlər

Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTO06 / 05 / 2024, 17:51ABŞ səfiri: Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndik06 / 05 / 2024, 17:39Bakı dünyanın “İdman Paytaxtı” seçilib06 / 05 / 2024, 17:23Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib06 / 05 / 2024, 17:21DSX rəisi Böyük Britaniyanın Kralı ilə atların yarışını izlədi - FOTO06 / 05 / 2024, 17:12Sevinc Fətəliyeva: Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunur06 / 05 / 2024, 17:00Nazir Avropa çempionatında qızıl medal qazanan şahmatçını qəbul edib - FOTO06 / 05 / 2024, 16:49SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!06 / 05 / 2024, 16:45Rezidenturaya qəbulun nəticələri açıqlanıb06 / 05 / 2024, 16:43Zamanın obyektivində BAM: magistralın 50 illiyinə və Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş sərgi06 / 05 / 2024, 16:12ABŞ səfiri: Şuşada olduğuma görə xoşbəxtəm06 / 05 / 2024, 15:46Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıb06 / 05 / 2024, 15:42Azərbaycanın turizm imkanları Dubayda sərgilənir - FOTO06 / 05 / 2024, 15:37Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!06 / 05 / 2024, 15:35Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu edən şəxs saxlanılıb06 / 05 / 2024, 15:24Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO06 / 05 / 2024, 15:12İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model Müəssisəsi06 / 05 / 2024, 15:06AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaq06 / 05 / 2024, 14:46Qubadlıda sümük fraqmenti aşkarlanıb06 / 05 / 2024, 14:39ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb06 / 05 / 2024, 14:31
Bütün xəbərlər